“Təhsil, innovasiya və gənclik” layihəsinə yekun vuruldu...

22 2018 14:58

Qaxda “Təhsil, innovasiya və gənclik” layihəsinin yekun hesabat tədbiri keçirilib. Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi çərçivəsində qalib olmuş bu layihənin mövzusu pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsidir. Tədbirdə müəllimləri maraqlandıran suallar cavablandırılıb. Müəllim-şagird, müəllim-müəllim münasibətlərinə toxunulub, müasir məktəb və psixologiya, şagirdlərin həssas dönəmlərində onlarla davranış qaydaları, natamam ailələrin uşaqlarına xüsusi diqqət və qayğının tələb olunması, aqressiv şagirdlərlə iş və s. haqqında fikir mübadiləsi aparılıb. Layihənin icrasının davamı olaraq isə bu il rayon təhsil şöbəsinin nəzdində fəaliyyət göstərən “Yaradıcı müəllimlər birliyi”nin fəaliyyəti canlandırılacaq, səmərəli əməkdaşlıqlar, müzakirələrin aparılması üçün şərait yaradılacaq. Tədbirin sonunda müsabiqədə qalib olmuş və bu layihədə fəal istirak etmiş müəllimlərə sertifikat verilib. Qeyd edək ki, bu müsabiqə artıq ikinci ildir ki, həyata keçirilir. Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi çərçivəsində qalib olan 41 ümumi təhsil müəssisəsi və 125 fərdi kateqoriya üzrə seçilən layihələr ölkənin 50-ə yaxın rayon və şəhərində icra olunur.