Məktəblilər pis vərdişlərə qarşı maarifləndirilir...

22 2018 14:46

Şəki hüquq-mühafizə orqanlarının əməkdaşları yeni tədris ilinin başlanması ilə əlaqədar məktəblərdə görüşlərini davam etdirir. Şəkinin Baş Zəyzid kənd orta məktəbində keçirilən tədbirdə Şəki ŞRPŞ, Şəki Rayon Prokurorluğu və təhsil şöbəsinin nümayəndələri iştirak edib. "Narkomaniyaya yox deyək!", "Erkən nikah və onun fəsadları", "Dini radikalizmə qarşı birgə mübarizə" mövzuları ətrafında çıxışlar olub. Bildirilib ki, narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri gücləndirilib. Bunun nəticəsidir ki, ölkə əhalisinin cəmi 0.3 faizi narkoman kimi qeydiyyata salınıb. Şəkidə isə bu rəqəm cəmi 0.1 faizdir. Ancaq gənclərin bu bəlaya düçar olmaması üçün mütəmmadi olaraq maarifləndirilməsi vacibdir. Məktəblilər zəruri olan yol hərəkəti qaydaları haqqında da məlumatlandırılıb. Qeyd edək ki, təhsil müəssisələrində bu cür tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.