Zaqatala Xalq teatrının tamaşaçı dərdi...

22 2018 14:34
Zaqatala Xalq teatrı yeni tamaşa üzərində işləyir. Komediya janrında olan yeni tamaşa yaxın günlərdə tamaşaçıların ixtiyarına veriləcək. Teatr kollektivini narahat edən yeganə məsələ isə təqdim edəcəkləri tamaşaya tamaşaçı toplamaqdır.
Zaqatala Xalq teatrı yeni tamaşa ilə mövsümün açılışını edəcək. Məmmədsəid Ordubadi və Səid Rüstəmovun “5 Manatlıq Gəlin”adlı 4 pərdəli musiqili komediyası oktyabrın əvvəli tamaşaçıların ixtiyarına veriləcək. Bu ildən teatrın peşəkarlarla yanaşı, həm də 10-a yaxın həvəskar gənc aktyor və aktrisası var. Bir zamanlar səhnələşdirdiyi tamaşaları böyük anşlaqla qarşılanan teatr bugün tamaşaçı toplamaqda çətinlik çəkir. Yeni mövsümə isə ümidlər böyükdür. Bölgədə ilk Xalq teatrı olan Zaqatala Xalq teatrı 1960-cı ildən fəaliyyət göstərir. Yarım əsrlik fəaliyyəti dövründə teatr dəfələrlə festival və müsabiqələrin qalibi olub.