Şamaxı rayonunun Göylər kəndində yeni tibb məntəqəsi istifadəyə verilib...

21 2018 17:37

Şamaxının Göylər kəndində Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüsü və Yaponiyanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə inşa edilən tibb məntəqəsinin açılışı olub. Çıxış edənlər bildirib ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi fəaliyyətə başladığı dövrdən regionların sosial-iqtisadi inkişafına töhfə vermək məqsədilə dövlət qurumları, beynəlxalq təşkilatlar, xarici ölkələrin ölkəmizdə fəaliyyət göstərən səfirlikləri ilə yaxından əməkdaşlıq edərək müxtəlif layihələr və tədbirlər həyata keçirir. Göylər kəndində yeni tibb məntəqəsinin açılması da regionların sosial-iqtisadi inkişafına yönəlik layihələrdəndir. Qeyd edək ki, yeni səhiyyə ocağı 15 mindən çox əhaliyə xidmət edəcək. Tibb məntəqəsində stomatologiya, ginekologiya, terapiya və pediatriya şöbələri fəaliyyət göstərəcək.