"Beynəlxalq Sülh Günü” qeyd olundu...

21 2018 16:37

Bu gün Şəki Tibb Kollecində “21 sentyabr - Beynəlxalq Sülh Günü” münasibəti ilə maarifləndirici tədbir keçirilib. Tələbələrin hazırladığı tədbirdə kollec rəhbərliyi və Şəki Gənclər və İdman idarəsinin rəisi iştirak edib. Bildirilib ki, bu tarix həm də dünyada atəşkəs günü kimi elan edilib. 1981-ci ildə qəbul edilmiş bu bayramdan sonra dünyada 55 gün boyunca heç bir müharibə və münaqişə olmadığı vurğulanıb. Sülh mövzusu bu gün bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi böyük əhəmiyyət kəsb edir. Azərbaycan hər zaman sülhün tərəfdarıdır və sülh sevən bir dövlətdir. Tədbirin sonunda sülhün rəmzi sayılan göyərçinlər havaya buraxılıb.