Yarmarkaya 400-ə yaxın işaxtaran müraciət edib...

21 2018 16:18
Əhalinin işlə təminatında da yarmarkaların da rolu böyükdür. Həmdə üstün cəhətləri də var. İşaxtaranlar rayon üzrə bütün vakant yerlər barədə məlumatı ala bilirlər, həm də işəgötürənlərlə birbaşa görüşmək imkanları olur. Zaqatalada da əmək qabiliyyətli qeyri-məşğul əhalinin sosial müdafiəsini gücləndirmək və onların işlə təmin olunmasına kömək məqsədi ilə əmək yarmarkası keçirilib. Necə keçib, kimlər iş tapa bilib, kimlər yox?... Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı ilə keçirilən əmək yarmarkasına rayonda fəaliyyət göstərən 13 idarə, müəssisə və fiziki şəxs tərəfindən 330 boş iş yeri çıxarılıb. Gün ərzində davam edən yarmarkada 400-ə yaxın işaxtaran vətəndaş iştirak edib. Azəriqaz İB, Su kanal idarəsi, fındıq emalı müəssisəsi yarmarkaya daha çox iş yerləri çıxarıblar. İş yerləri üçün təklif olunan əmək haqqının məbləği 150 manatdan 2000 manatadək təşkil edib. Bundan əlavə, 10 nəfər peşə hazırlığı kursuna göndərilib. Özünü məşğulluqla bağlı isə 20 -25 nəfər qeydiyyata alınıb. Yarmarkanın yekununda 140 nəfər işə düzəlmək üçün göndəriş alıb.