Qax Dövlət Kukla teatrı yeni mövsümü "Göyçək Fatma" ilə açdı...

21 2018 15:23

Qax Dövlət Kukla teatrı 47-ci mövsümün açılışını edib. Teatr mövsümün açılış günündə uşaqları Kəmalə Ağazadənin “Göyçək Fatma” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa ilə sevindirib. Tamaşanı izləyənlər arasında uşaqlarla yanaşı, onların valideynləri və teatrsevərlər də olub. Rejissor Yusif Abdurahmanovun quruluş verdiyi tamaşada əsas rolları Araz Mehrablı, Azər Kərimov, Afət Yaqubova, Aynur Abbasova və başqaları ifa ediblər. Tamaşanın rəssamı Mayis Abdullayevdir. Teatr yeni mövsümdə uşaqlara daha bir neçə tamaşa təqdim edəcək. Hazırda Osman Abdullayevin “Diş əhvalatı” əsəri əsasında hazırlanan tamaşa üzərində məşqlər davam edir. Tamaşa sentyabrın sonunda uşaqlara təqdim olunacaq. Oktyabrın əvvəllərində isə teatrın yaradıcı kollektivi Əzizə Əhmədovanın “Tikanlı yalanlar” əsəri üzərində məşqlərə başlayacaq.