Şəki sakini nişanlısı ilə qəzaya düşdü...

21 2018 10:30

Ötən gün Şəkidə qəza baş verib. Hadisə Şəkinin Kiş kəndinə aparan yolda meydana gəlib. Şəki sakini 22 yaşlı Möhlüd Salamovun idarə etdiyi 90 KC 319 dövlət nömrə nişanlı "Opel Vectra" markalı avtomobil yoldan çıxaraq dağa çırpılıb. Nəticədə sürücü Möhlüd Salamov və sərnişin, 21 yaşlı Şirvan sakini Ceyhunə Əmrahova xəsarət alıb. Onları dərhal Şəki RMX-na çatdırıblar. İki şəxsə də ilk yardım göstərilib. Ceyhunə Əmrahovanın sol said bayır səthində kəsilmiş yara, Möhlüd Salamovun isə sol əlində kəsik və baş nahiyəsində sıyrıq qeydə alınıb. Hər iki şəxsin də vəziyyəti yüngül qiymətləndirilir. Faktla bağlı Şəki DYPB tərəfindən araşdırma aparılır.