"Heydər Əliyev İdarəetmə Məktəbi"nin növbəti məşğələsi...

20 2018 16:35

İsmayıllı rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev İdarəetmə Məktəbi"nin milli-mənəvi dəyərlərimizə həsr olunmuş məşğələsi keçirilib. Tədbirdə rayon İcra Hakimiyətinin başçısı Mirdamət Sadıqov, dini icma sədrləri, rayon rəsmiləri iştirak ediblər. “Ümummilli lider Heydər Əliyevin siyasətində milli-mənəvi dəyərlər: onların qorunması və zənginləşdirilməsi yolları” mövzusu müzakirə edilib. Həmçinin vurğulanıb ki, dövlət müstəqilliyimizin əsasında bütün vacib istiqamətlərlə yanaşı, milli-mənəvi dəyərlər, onların qorunması və zənginləşdirilməsi mühüm yer tutur.“Dini radikalizmə qarşı mübarizədə milli-mənəvi dəyərlərin rolu”, “Tərbiyə işində milli-mənəvi dəyərlərin imkanlarından səmərəli istifadə yolları” mövzusunda da çıxışlar edilib. Tədbirin sonunda mövzuya dair diskussiya aparılıb.