Elxan Usubov Köbər Zəyzid kənd sakinləri ilə görüşüb...

20 2018 16:02

Şəki şəhər icra hakimiyyəti başçısı Köbər Zəyzid kənd sakinləri ilə görüşüb. Elxan Usubov regionların sosial-iqtisadi inkişafı çərçivəsində Şəkidə aparılan abadlıq-quruculuq işlərindən danışıb. Həyata keçiriləcək layihələrdən bəhs edib. İcra başçısı eyni zamanda kənd təsərrüfatı sahəsində görülən işlərə də toxunub. Yeni salınmış 3 min hektara yaxın fındıq bağları ilə bağlı sakinlərə məlumat verən Elxan Usubov fındıq bağı salmaq istəyən sakinlərin onlara müraciət etmələrini xahiş edib. Belə ki, zamanında sənədləşmənin aparılması subsidiyanın verilməsi baxımından əhəmiyyət daşıyır. Qida təhlükəsizliyi agentliyi barədə də sakinlərə məlumat verən Elxan Usubov iaşə obyektləri işlədən iş adamlarına təmizliyə riayət etmələrini bildirib. Daha sonra sakinlərin müraciətləri dinlənilib. Kənd sakinləri elektrik enerjisi, kəndin tam qazlaşdırılmaması, həmçinin illərdir davam edən içməli su problemi ilə bağlı məsələlərə diqqət çəkiblər. Aidiyyatı qurumlara tapşırıq verən icra hakimiyyətinin başçısı problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində işlərin görüləcəyini bildirilib.