Şəkidə qanvermə aksiyası keçirilib...

20 2018 15:54

 Aşura günü ilə əlaqədar Şəkidə qanvermə aksiyası keçirilib. Aksiya Mərkəzi Qan Bankının Şəki bölməsinin xüsusi həkim briqadası tərəfindən təşkil olunub. Aksiya iştirakçıları qan xəstəliyindən əziyyət çəkən xəstələrə yardım məqsədilə könüllü olaraq qan veriblər. Müraciət edənlər əvvəlcə müayinədən keçib, onlardan qan analizi götürülüb və qan verə bilmək üçün sağlam olub-olmamaları müəyyənləşib. Yığılan qan ehtiyatı yoxlanılaraq ehtiyacı olanlara köçürüləcək.