Qaxın Meşəbaş kəndinə ilk dəfə qaz verildi...

19 2018 16:30

Qax rayonunun Meşəbaş kəndinə ilk dəfə təbii qaz verilib. Bununla da rayonda mavi yanacaqla təmin olunan yaşayış məntəqələrinin sayı Qax şəhəri də daxil olmaqla 22-yə çatıb. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən həyata keçirilən layihə 90 abonenti əhatə edir. Kəndin qazlaşdırılması üçün ümumi uzunluğu 7 105 metr müxtəlif diametrli metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır. Sakinlər qarşıdan gələn payız-qış mövsümü ərəfəsində mavi yanacla təmin olunmalarını yüksək qiymətləndirib.