Qaydaları pozan piyadalar cərimələndi...

19 2018 16:01
Şəki DYPB-nin və Post Patrul Xidmətinin əməkdaşları yol hərəkəti qaydalarını kobud şəkildə pozan və piyada keçidindən istifadə etməyən piyadalara qarşı nəzarəti gücləndirib. Bu məqsədlə keçirilən təhlükəsizlik tədbirlərində qaydaları pozan vətəndaşlar cərimələnib. Yolu qarşıdan qarşıya keçərkən piyada keçidindən istifadə etməyən vətəndaşlar saxlanılıb. Bunun ilk növbədə onların təhlükəsizliyi üçün olduğu qeyd edilib. Qaydaları pozan piyadalar barədə inzibati tənbeh tədbirləri görülüb və onlar 20 manat məbləğində cərimə olunublar. Təhlükəsizlik tədbiri zamanı polisin çağırışına məhəl qoymayıb qaçanlar da olub, özünə haqq qazandıranlar da. Qeyd edək ki, keçirilən tədbirlərin əsas məqsədi piyadaların iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin qarşısını almaqdır.