Dolu Zaqatalada kənd təsərrüfatına ziyan vurdu...

19 2018 15:56

Sentyabrın 18-i axşam saatlarından başlayaraq şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti höküm sürür. Zaqatalada da fasilələrlə güclü yağış yağıb. Sentyabrın 18-i gecə saat 23 radələrində rayonun Yuxarı Tala, rayon mərkəzinin Qaladüzü adlanan ərazisinə və dağətəyi yaşayış kəndlərinin bəzi ərazilərinə 10-15 dəqiqə ərzində güclü dolu yağıb. Bəzi ərazilərdə dolu yağışı 1 saata kimi davam edib. Yağan dolu nəticəsində sakinlərin həyətyanı əkin sahələrinə, meyvə bağlarına və rayonun kənd təsərrüfatına ziyan dəyib.