Mübariz Əhmədzadə kəndlərə səyyar görüşlərini davam etdirir...

18 2018 17:19

Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə növbəti səyyar görüş çərçivəsində Aşağı Tala və Suvagil kəndlərində olub, Aşağı Tala kəndində keçirilən görüşdə sakinlərin əsas çətinlikləri, həllini gözləyən məsələlərdən bəhs edilib. Aşağı Tala kənd sakinlərini narahat edən içməli su problemi də icra hakimiyyəti başçısının diqqətinə çatdırılıb. Gələcəkdə sel kimi problemlərlə üzləşməmək üçün çay yataqlarının təmizlənməsi, çayətrafı bəndlərin möhkəmləndirilməsi və yeni bəndlərin salınması kimi təkliflər irəli sürülüb. Suvagil kənd sakinləri ilə keçirilən görüşdə də 1952-ci ildə salınan kənddə görülən abadlıq quruculuq işləri qeyd edilib, problemlərə diqqət çəkilib. Qoyunçuluqla məşğul olan təsərrüfat sahiblərinin qışlaq ərazisi kimi istifadə etdikləri Acınohur düzündə əkin işlərinin aparılmasının yaratdığı çətinliklər vurğulanıb. Sakinlər həmçinin yeni artezyan quyusunun qazılması, kəndin mavi yanacaqla təmin edilməsi, alternativ yanacaq kimi hal-hazırda sakinlərin istifadə etdikləri odunla təminat, yeni təsərrüfatlar üçün həyətyani sahələrin ayrılması kimi vacib məsələləri qeyd ediblər. Görüşlərdə problemlərin həlli üçün aidiyyatı qurumlara göstərişlər verilib.