Yeni avadanlıq keyfiyyətli toxum əldə etməyə şərait yaradacaq...

18 2018 16:52

Zaqatalada fəaliyyət göstərən toxumçuluq üzrə bölgə təcrübə stansiyasında müasir tipli toxum təmizləmə, dərmanlama və qablaşdırılmanı həyata keçirən müasir avadanlıq quraşdırılıb. Bu avadanlıq vasitəsilə fermerlər daha keyfiyyətli və yüksək repreduksiyalı toxum əldə etməyə nail olacaqlar. Bu da gələcəkdə məhsuldarlığının artırılmasına zəmin yaradacaq. Bununla əlaqədar rayonda zona müşavirəsi keçirilib. Tədbirdə Dövlət Fitosanitar Xidmətinin, Aqrar Elm və İnnovasiya Mərkəzinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin mütəxəssisləri və bölgə fermerləri iştirak ediblər. Müşavirənin əsas məqsədi toxumçuluğun elmi əsaslarla inkişaf etdirilməsi, toxum istehsalında innovativ texnologiyaların tətbiqi, yeni perspektiv sortların toxumlarının nümayişi və fermerlərin sertifikatlı toxumlara marağının stimullaşdırılmasından ibarətdir. Həmçinin fermerlər müasir toxumtəmizləmə qurğuları ilə toxumların təmizlənməsi, dərmanlanması qablaşdırılması prosesi ilə əyani tanış olublar.