"Diqqət Uşaqlar"...

18 2018 15:41

Uşaq və yeniyetmələrin iştirakı ilə baş verən yol nəqliyyat hadisələrinin qarşısının alınması və ümumtəhsil məktəblərində şagirdlərə yol hərəkəti qaydalarının aşılanması məqsədilə Daxili İşlər Nazirliyinin göstərişi əsasında "Diqqət Uşaqlar" adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir. Sentyabrın 15-dən oktyabrın 15-nə kimi baş tutacaq aylıq çərçivəsində Şəki DYPB əməkdaşları Şəki şəhər 8 saylı Beynəlmiləl tam orta məktəbdə şagirdlərlə görüş keçirib. Tədbir zamanı şagirdlər maarifləndirilib, onlara yolu qarşıdan qarşıya keçərkən əməl etməli olduqları zəruri yol hərəkəti qaydaları izah olunub. Şagirdləri maraqlandıran suallar cavablandırılıb.