Şəki səpinə hazırlaşır...

18 2018 14:32

Səpin prosesinin başlanılmasına artıq sayılı günlər qalıb. Azərbaycanın ən böyük aqrar rayonlarından biri olan Şəki artıq səpinə hazırlaşır. Fermərlərin yayda bol məhsul götürməsi üçün elə indidən düzgün və keyfiyyətli toxum növü seçməsi vacib şərtlərdən biridir. Hal-hazırda toxumların təmizlənmə və dərmanlanma prosesi aparılır. Torbalar xüsusi aparat vasitəsilə ilə tikilir və etiketlənir. Bu isə bazarlarda aşağı keyfiyyətli toxumların satışının qarşısını alınması üçündür. Şəkidə ikisi tingçilik üzrə olmaqla yalnız 17 fermerə toxum əkmək və satmaq üçün xüsusi sertifikat verilib. Qeydiyyatdan keçən fermer toxumçulara satdığı toxuma görə dövlət tərəfindən subsidiya verilir. Bundan əlavə, fermerlər lazım olan kimyəvi preparatları da güzəştli şərtlərlə əldə edirlər. Qeyd edək ki, Şəkidə toxum təmizləməsi üçün zavodun tikintisi davam edir. Zavod istifadəyə verildikdən sonra saatda 5 min toxum təmizləmə gücünə malik olacaq.