Şamaxının Muğanlı kəndində torpaq yenidən sürüşür...

18 2018 14:28
Rayonun sürüşməyə meyilli ərazilərindən biri olan bu kənddə son günlər bir neçə ev qəzalı vəziyyətə düşüb.
Şamaxının Muğanlı kəndində son bir həftə içində sürüşmənin miqyası artaraq evlərdəki çatların böyüməsinə səbəb olub. Kəndin aşağı hissəsində yerləşən 12-yə yaxın ev qəzalı vəziyyətə düşüb. Sözügedən ərazidə bir neçə ildir ki, torpaq sürüşməsi baş verir. Kənd sakinlərinin dediyinə görə, torpaq sürüşməsi baş verən ərazilərdə bir ilə yaxındır ki, aktivlik müşahidə olunmurdu. Son günlər havanın günəşli keçməsinə baxmayaraq, torpaq sürüşməsi yenidən aktivləşib. Sürüşmə evlərin dörd bir tərəfində baş verir. Bəzi evlərin divarlarında yarğanların eni 15-20 santimetrə qədər genişlənib. Sakinlərin sözlərinə görə iri yarğanlardan evə hevanlar girir. Onu da qeyd edək ki, 2012 ci ildə Muğanlı kəndində sürüşmə nəticəsində 46 ev qəzalı vəziyyətə düşdüyü üçün kənd sakinləri Şamaxı rayonun Meysəri kəndin yaxınlığındakı yeni tikilmiş yaşayış evlərinə köçürülüblər.