Şamaxıda güllələnmə: 1 ölü, 1 yaralı...

17 2018 17:37

Şamaxıda güllələnmə hadisəsi yaşanıb. Hadisə bu gün rayonun Pirbəhli kəndi ərazisində qeydə alınıb. Pirbəhli kənd sakinləri, 36 yaşlı Mixey İbrahimova və 27 yaşlı Şirinbala Mövlanov güllələnib. Hər iki şəxs ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilərkən Şirinbala Mövlamov yolda dünyasını dəyişib. Mixey İbrahimova isə əməliyyata alınıb. Kənd sakinlərinin sözlərinə görə, hadisəni qısqanclıq zəminində Mixey İbrahimovanın həyat yoldaşı Əmrah İbrahimov törədib.