Şəkidə ilansancma hadisəsi qeydə alınıb...

17 2018 17:06
Hadisə Şorsu kəndində meydana gəlib. Kənd sakini 31 yaşlı Ülfət Əkbərov ilansancma diaqnozu ilə Şəki RMX-na çatdırılıb. Müayinələr zamanı Ülfət Əkbərovun sağ ayağının pəncəsinin üst səthindən ilan sancdığı məlum olub. Xəstəyə dərhal zərdab vurulub və reanimasiya şöbəsinə yerləşdirilib.