Şəkinin Baş Zəyzid kəndində yeni məktəb istifadəyə verilib...

17 2018 15:51
Şəkinin Baş Zəyzid kəndində yeni məktəb istifadəyə verilib. Bu münasibətlə təntənəli açılış mərasimi keçirilib. Açılışda rayon administrasiyası ilə yanaşı, millət vəkili və Təhsil Nazirliyinin rəsmiləri və qatılıb.
Çıxış edənlər Azərbaycanda təhsil səviyyəsi və bu sahədə aparılan islahatlardan danışıb, yeni tədris ilində şagirdlərə uğurlar arzulayıblar. Daha sonra məktəbin açılışını bildirən qırmızı lent kəsilib. Qonaqlar şagirdlər üçün yaradılmış şəraitlə yaxından tanış olublar. Müasir avadanlıqlarla təchiz olunmuş məktəbdə 25 sinif otağı, 2 biologiya, 2 kimya, 2 fizika kabineti, kompyuter, idman zalı, hərbi hazırlıq kabinetləri mövcuddur. Valideynlər də kənddə istifadəyə verilmiş yeni məktəbi böyük sevinclə qarşılıyıblar. Qeyd edək ki, Baş Zəyzid kənd tam orta məktəbində 700-ə yaxın şagirdin təhsil alması planlaşdırılır.