Bu il üzüm çox, alıcı yoxdur...

17 2018 15:38

Məhsulun bol olması hələ gəlir demək deyil. Onun satışı da yaxşı təşkil edilməlidir. Məsələn, bu il üzüm bol olsa, satışında çətinliklər var. Fermerlər üzüm satışının zəif olmasından şikayət edirlər. Daha ətraflı əməkdaşlarımızın hazırladığı sujetdən biləcəksiniz. İllərdir üzümçülüklə məşğul olan Məlikçobanlı kənd sakinləri bağlardan topladıqları üzümü sata bilmirlər. Əlac yolkənarı ticarətə qalıb. Alıcı azlığı üzümün məhv olmasına gətirib çıxarır. Hər hektara 1000 manata qədər pul xərclədiklərini deyən təsərrüfatçılar çəkdiyi xərcləri götürə bilmədiklərindən şikayətlənirlər. Bağ sahiblərinin digər problemi isə texnikanın olmamasıdır. Traktor çatışmazlığı həm şumlamada , həm də dərmanlamada çətinlik yaradır.