İsmayıllıdakı "Manyak"ın etirafları...

17 2018 13:37
İsmayıllıda manyak iddiası ilə bağlı Daxili İşlər Nazirliyi növbəti dəfə açıqlama yayıb. Rayon sakinlərini təşvişə salan hadisə ilə bağlı saxlanılan və məsuliyyətə cəlb olunanlar var.
Sentyabrın 13-dən bu günədək İsmayıllıda müxtəlif naməlum şəxs və ya şəxslərin həyətyanı sahələrə, yaşayış evlərinə və binalara daş atması, narahatlıq yaratmaqla sakinlərin dincliyini pozması barədə Daxili İşlər Nazirliyinin “102” Xidmətinə edilən zənglər rayon Polis Şöbəsinin əməkdaşlarını hərəkətə keçirib. Araşdırmalar zamanı müraciətlərin həqiqəti əks etdirmədiyi məlum olub. 9 nəfər - 1. Şirəliyev Zaur Əlövsət oğlu, 2. Nəbiyev Fərid Vasib oğlu, 3. İmamverdiyev Ramin Cəmşid oğlu, 4. Hümbətov Rövşən Murad oğlu 5. Cəbiyev Ağayar Əli oğlu, 6. Rəhimov Nazir İlqar oğlu, 7. Cəbiyev Sahil Orucəli oğlu, 8. Teymurov Zavur Qalib oğlu, 9. Bədəlov Rövşən Kazım oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsi ilə protokol tərtib edilib. Bundan başqa, İsmayıllı sakini Bağırov Mikayıl Xudaverdi oğlunun işi İXM-nin 535.1-ci maddəsi ilə rayon məhkəməsinə göndərilib. Araşdırmalar zamanı sentyabrın 15-də İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına gələrək axşam saatlarında evə gedərkən naməlum şəxsin onu zorla yaxınlıqda yerləşən çay kənarına apararaq döydüyünü iddia edən Gözəlov Avtandil Firidun oğlunun spirtli içki aludəçisi məlum olub. O, axşam saat 20 radələrində içkili vəziyyətdə olduğundan evinin yolunu səhv salaraq “Talıstanaltı” deyilən meşə sahəsinə gedib. Mobil telefonla yaxınlarına məlumat verə bilmədiyindən və ailəsində olan məişət problemləri ilə əlaqədar əsəbiləşib, haradan tapdığını və sonradan da hara atdığını xatırlamadığı mismarla bədəninin müxtəlif nahiyələrini cızaraq özünə xəsarət yetirib. O da məlum olub ki, bu, Avtandil Gözəlovun döyülməsi barədə polis şöbəsinə ilk müraciəti deyil. Əməliiyat tədbirləri nəticəsində rayon ərazisində ictimai qaydanın, əhalinin dinc yaşayışının pozulması hallarının qarşısı alınıb. Rayondakı vəziyyət nəzarət altındadır.