Şəki şəhər icra hakimiyyəti başçısı Dərəcənnət kənd sakinləri ilə görüşüb...

15 2018 17:16

Şəki şəhər icra hakimiyyəti başçısı Dərəcənnət kənd sakinləri ilə görüşüb. Elxan Usubov regionların sosial iqtisadi inkişafı çərçivəsində Şəkidə aparılan abadlıq-quruluculuq işlərindən danışıb. Həyata keçiriləcək layihələrdən bəhs edib. Şəkidə istifadəyə veriləcək ASAN həyat kompleksi, ABAD keramika mərkəzi və digər obyektlər barəsində kənd sakinlərinə məlumat verib. Həmçinin Şəkidə davam edən su-kanalizasiya xətti çəkilişindən də danışıb. Daha sonra Dərəcənnət sakinlərinin müraciətləri dinlənilib. Sakinləri daha çox narahat edən məsələlər müzakirə edilib. Kənd sakinləri elektrik enerjisi, yol və içməli su ilə bağlı problemlərini dilə gətiriblər. Aidiyyatı qurumlara tapşırıq verən icra başçısı tezliklə kəndin suyla təmin ediləcəyi sözünü verib. Həmçinin digər problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində işlərin görüləcəyi vurğulanıb.