Minik avtomobili yanaraq külə döndü...

15 2018 16:57

İsmayıllı-Qəbələ yolunda isə minik avtomobili yanaraq külə dönüb. Hadisə saat 14 radələrində yolun 7-ci km-də Xanagah kəndi ərazisində baş verib. Bərdə rayon sakini 34 yaşlı Məmmədov Akif Asif oğlu 40-BJ-320 dövlət nömrə nişanlı VAZ 21 099 markalı minik avtomobili ilə Bərdədən Bakıya gedərkən qəflətən təkərdə yaranan nasazlıq səbəbindən idarəetməni itirib. Nəticədə avtomobil körpüdən çaya aşıb və yanmağa başlayıb. Yoldan keçən digər sürücülər yanan avtomobildən sürücünü xilas edə biliblər. Maşın isə tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Hissəsinin İsmayıllı rayon şöbəsinin 1 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın tam söndürülüb. Faktla bağlı araşdırma aparılır.