Şamaxıda yeniyetmənin ölümü ilə nəticələnən yol qəzası olub...

15 2018 16:48

Şamaxıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şamaxı-Göylər-Padarçöl yolu ilə hərəkətdə olan avtomobil Şamaxının Quşçu kənd sakini, 15 yaşlı İsmayılov Müraciət Rza oğlunu vurub. Qəza nəticəsində ağır xəsarət alan yeniyetmə DYP əməkdaşları tərəfindən Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, Müraciət İsmayılovun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən sürücü saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.