Şəkidə iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləməyə start verilib...

15 2018 15:22
Şəki baytarlıq idarəsi heyvanların peyvəndlənməsi prosesinə başlayıb. Bu artıq Dövlət Baytarlıq Xidməti tərəfindən təsdiq edilmiş 2-ci peyvəndləmədir. Şəkidə iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndələməyə start verilib. Həmçinin 6879 baş cavan iribuynuzlu heyvanlar da revaksinasiya edilib. İstifadə olunan dərmanlar isə ancaq Baytarlıq idarəsi tərəfindən verilə bilər. Belə ki, bu preparatlar dövlət vəsaitinə alınıb və satışı qəti qadağandır. Elə bu səbəbdən də hər birinin üzərində "Satıla Bilməz" yazısı mövcüddur. Xüsusi soyuducularda gətirilən preparatlar baytarlıq idarələrinə təhvil verilir və burada da soyuducularda saxlanılır. Daha sonra isə xüsusi soyutma sistemi olan çantalarda sahə baytar məntəqələrinə paylanılır. Baytarlıq idarəsindən bildirilib ki, vaksinasiya prosesi ayın sonuna kimi tam yekunlaşacaq.