Bakının azad edilməsinin 100 illiyi ilə bağlı tədbir keçirildi...

15 2018 12:31

Şamaxıda Legion Hərbi Vətənpərvərlik Klubu və internat məzunlarının sosial inteqrasiyası ictimai birliyinin təşəbbüsü ilə Bakının daşnaqlardan azad olunmasının 100 illiyinə həsr olunan tədbir keçrilib. “Qələbəyə doğru” adlı tədbirdə ictimai xadimlər, hərbiçilər və gənclər iştirak edib. Tədbirdə 1918-ci ildə Bakının işğaldan azad olunması ilə bağlı iştirakçilara geniş məlumat verilərək türk əsgərlərinin qəhrəmanlığından söhbət açılıb. Sonra iştirakçılar Şamaxı cümə məscidində olublar. Məscidin tarixindən bu günündən və 1918 ci ildə ermənilərin yerli əhaliyə qarşı törətdiyi vəhşiliklərə şahidlik etməsindən danışılıb. Sonda tədbir iştirakçıları Şamaxı rayonundakı türk əsgərlərinin abidəsini ziyarət ediblər.