“Qafqaz İslam Ordusunun Zəfər Yolu ilə”

14 2018 16:44

Azərbaycan Skautlar Assosiasiyası və Türkiyə İzcilik Federasiyasının təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə “Qafqaz İslam Ordusunun Zəfər Yolu ilə” adlı anım yürüşü davam edir. 82 skautun iştirak etdiyi yürüş iştirakçıları Şamaxıdan da keçiblər. Belə ki, sentyabrın 9-da Gəncə şəhərindən başlayan yürüş iştirakçılar Qafqaz İslam Ordusunun 100 il bundan öncə hərəkət etdiyi Göyçay, Şamaxı, Ağsu, Qobustan rayonları ərazilərindən keçməklə sentyabrın 15-də Bakıya çatmalıdırlar. Əllərində Türk və Azərbaycan bayraqları ilə marşlar oxuyaraq hərəkət edən Zəfər yolu əsgərləri keçdikləri döyüş ərazilərində çadır düşərgələri quraraq gecələyir, Azərbaycan və Türk şəhidlikləri ziyarət edilir, dualar oxunur və məzarların ətraflarını təmizləyirlər. Şamaxıda rayon ictimayyət nümayəndələri də yürüş iştirakçılarını müşaiyət ediblər. Əllərində Azərbaycan və Türkiyə bayraqları ilə qonaqları salamlayan əhali bir daha bu iki dövlətin sarsılmaz və qırılmaz kökləri olduğunu, dostuq əlaqələrinin daha da genişləndiyini nümayiş etdiriblər. Qeyd edək ki, "Zəfər yolu ilə" adlı yürüş Qafqaz İslam Ordusunun xalqımızın tarixindəki yeri və roluna həsr edilib. XX əsrin əvvəlində - çox mürəkkəb tarixi şəraitdə Türkiyənin Azərbaycana hərbi yardımı Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun timsalında həyata keçirilib.