Fındıq yığımında çətinliklər...

14 2018 16:20
Zaqatalada isə fındıq yığımı gözlənilən nəticəni verməyib. Bağlara sel düşməsi məhsulun itkisiz və vaxtında yığılması işini xeyli çətinləşdirib. Digər problem isə qiymətlə bağlıdır. Palçıqdan məhsul toplamaq üçün günlük 20 manata fəhlə tapmağa çətinlik çəkən fermerlər gəlirdən əllərini üzüblər. Məqsəd minimum zərərlə çıxış yolu tapmaqdır.
İllik ailə büdcələrini fındıqdan çıxaran fermerlərin işi çətinə düşüb. bağlar lilli və tozlu olduğundan ötən illər 10-15 manata görülən iş üçün indi 20 manata belə razılaşan yoxdur. Bir ton məhsulun toplanması üçün ortalama 3 yığım zamanı hər yığımda 6-7 işçinin günlüyü, üstəlik 25-30 km məsafədə yol və işçilərin yemək xərci üçün təqribən 700-800 manat pul xərcləyən fermer məhsulun bir kiloqramını 2 manat, iki manat 50 qəpik aralığında satır. Fermerlər qazancla xərc eyni çıxanda sevindiklərini deyirlər. Yığım sonrası işlər də əlavə xərc tələb edir. Kəndli məhsulu itkisiz yığmaq və bir qədər yüksək qiymətə satmaqla zərərdən çıxmağa çalışır.