Şamaxının iki kəndi təbii qazla təmin edildi...

13 2018 16:14

Şamaxı rayonunun Ovçulu və Bağırlı kəndlərinə təbii qaz verilib. Bu məqsədlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib. Bildirilib ki, 200 abonenti olan Ovçulu kəndinin qazlaşdırılması üçün 11 min 106 metr müxtəlif diametrli metal borularla qaz xətləri çəkilib. 490 abonenti olan Bağırlı kəndinin qazlaşdırılması üçün isə 5 min 853 metr müxtəlif diametrli polietilen və ümumi uzunluğu 23 min 831 metr müxtəlif diametrli metal borularla qaz xətləri çəkilib. Həmçinin hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Hazırda rayonun Osmanbəyli, Qonaqkənd və Hacıqədirli kəndlərində tikinti quraşdırma işləri davam etdirilir. Tezliklə tikintisi başa çatmış yaşayış məntəqələrinə də ardıcıllıqla təbii qazın verilişi təmin olunacaq. Sakinlər kəndlərə təbii qazın verilməsinə görə minnətdarlıqlarını bildiriblər.