İvanovkalılar Mədəniyyət evinin təmiri üçün pul ayrılmasını minnətdarlıqla qarşılayırlar...

13 2018 16:05

Prezident İlham Əliyevin sərəncamı ilə İsmayıllı rayonunun İvanovka kənd Mədəniyyət evinin əsaslı təmiri üçün prezidentin ehtiyat fondundan İsmayıllı rayon icra hakimiyyətinə 2,5 milyon manat vəsait ayrılıb. Bu münasibətlə İvanovka kənd Mədəniyyət evinin qarşısında rayon ictimaiyyəti və kənd sakinləri ilə görüş keçirilib. Görüşdə çıxış edənlər bildiriblər ki, Azərbaycanda yeganə kolxoz olan İvanovka kəndinin mədəniyyət evinin yenidən bərpa edilməsi multikultural dəyərlərin bir davamıdır. İvanovka kəndində son illərdə görülən işlər nəticəsində yeni müasir tipli xəstəxananın tikilməsi,yeni məktəb,çörək zavodu,kolxozda köhnə texnikaların yenisi ilə əvəz edilməsi xüsusi vurğulanıb. Tədbir İvanovka mədəniyyət evinin hazırladığı konsert proqramı ilə davam edib.