İki avtomobil toqquşdu, sürücülərdən biri öldü...

13 2018 15:19

Bu gün saat 11 radələrində Şamaxı-Pirqulu avtomobil yolunun 4-cü kilometrliyində ölümlə nəticələnən ağır yol qəzası baş verib. İlkin məlumata görə, rayonun Səfalı kənd sakini 70 yaşlı İmaməliyev Bahadur Məhərrəm oğlunun idarə etdiyi “UAZ” markalı avtomobil Şamaxı şəhər sakini 24 yaşlı Niyazov İlham Polad oğlunun idarə etdiyi “Nissan Sunny” markalı avtomobillə toqquşub. “Nissan Sunny” markalı avtomobilin sürücüsü İlham Niyazov hadisə yerində ölüb. “UAZ” markalı avtomobilin sürücüsü Bahadur İmaməliyev isə müxtəlif bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.