Oğuzda avtomobil piyadanı vurdu...

12 2018 18:49

Oğuz rayonun Bucaq kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayonun Muxas kənd sakini Sahib Əliyev idarə etdiyi "Mercedes" markalı 48 BC 452 dövlət nömrə nişanlı minik avtomobili ilə yolu keçmək istəyən Bucaq kənd sakini 61 yaşlı Fərahim Cəbrayıl oğlu Əzizovu vurub. Piyada dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ağır yaralanan piyada dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona ilkin tibbi yardım göstərilib. Ardınca vəziyyəti çox ağır olduğundan Şəki Rayon Mərkəzi xəstəxanasına aparılıb. Ancaq Fərahim Əzizovu xilas etmək mümkün olmayıb. O, xəstəxanaya daxil olduqdan 10 dəqiqə sonra keçinib. Faktla bağlı araşdırma aparılır.