İsmayıllıda naməlum varlıq təşviş yaratdı...

12 2018 16:47
Bir müddətdir ki, İsmayıllıda sakinlərinin gecəsi-gündüzünə qarışıb. Rayon ərazisində görünən naməlum varlıq bir çox insanın təşfişə düşməsinə səbəb olub. Gecələr peyda olan naməlum varlıq artıq gündüzlər də görünməyə başlayıb. İsmayıllıda peyda olan manyakla bağlı söz söhbətlər hələ də davam edir. Sakinlər iddia edir ki, gecələr onların həyətlərinə kimsə girir. Həmin varlığın boyu iki metrə yaxındır və üzərində kəsici-deşici alət gəzdirir. Son olaraq isə o, Babadağ küçəsində yaşayan sakinləri qorxudub. Maraqlısı odur ki, o evlərdən pul və ya qızıl-zinət əşyalarını deyil, qadınların paltarlarını oğurlayır. Rayon sakinlərinin bildirdiyinə görə, artıq bir neçə evdə eyni hadisə təkrarlanır. Hadisədən narahatlıq keçirən rayon sakinləri polisə də məlumat veriblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki Regional qrupundan verilən məlumata görə, həmin hadisə ilə bağlı İsmayıllı Rayon Polis Şöbəsinə müraciət daxil olub. Məsələ ilə bağlı rayon Polis Şöbəsinin əməkdaşları araşdırma aparırlar. Hadisənin necə baş verdiyi aparılan araşdırmanın yekununda bəlli olacaq.