Şəkidə bu gündən qaydaları pozan piyadalar cərimələnəcək

12 2018 15:51

Şəkidə bu gündən etibarən yol hərəkəti qaydalarını kobud şəkildə pozan və piyada keçidindən istifadə etməyən piyadalar cərimələnəcək. Bu məqsədlə Şəki DYPB-nin və Post Patrul Xidmətinin əməkdaşları təhlükəsizlik tədbirləri keçiriblər. Qaydaları pozan Şəki sakinləri polis əməkdaşları tərəfindən maarifləndirilib. Yolu qarşıdan qarşıya keçərkən piyada keçidindən istifadənin vacibliyi onların diqqətinə çatdırılıb. Bunun ilk növbədə vətəndaşların təhlükəsizliyi üçün olduğu qeyd edilib. Həmçinin sakinlərə piyada keçidindən istifadə etmədikləri təqdirdə cərimə olunacaqları barədə xəbərdarlıq olunub.