Ər arvadını güllələdi...

12 2018 15:43

Şamaxıda ər arvadını güllələyib. Hadisə rayonunun Çarhan kəndində baş verib. 49 yaşlı Zaur Daşdıyev qoşalülə ov tüfəngi ilə 50 yaşlı həyat yoldaşı Gültəkin Daşdıyevanı vurub. Hadisə zamanı Gültəkin Daşdıyeva iki ayağından güllə yarası alıb. Yaralı təcili yardım avtomobili ilə Şamaxı rayon mərkəzi xəstəxanasına çatdırılaraq cərrahiyə şöbəsinə yerləşdirirlib. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir. Zaur Daşdıyev Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.