Üç əsrlik qədim şəbəkə bərpa edilir...

12 2018 15:36

Şəkidə 270 illik yaşı olan qədim şəbəkə nümunəsinin bərpasına başlanılıb. Şəki xanlarının sarayı, “Yuxarı Karvansaray” mehmanxana kompleksi, Şəkixanovların ev-muzeyi, Gəncə və Bərdə şəhərlərindəki qədim məscidlərin şəbəkə pəncərələrinin bərpasından sonra bu, növbəti addımdır. Hüseyn Hacımustafazadə 30 ilə yaxındır ki, şəbəkə sənəti ilə məşğuldur. Yeni şəbəkələr hazırlamaqla yanaşı o, qədim şəbəkə nümunələrini də bərpa etməyə maraq göstərir. Bərpa zamanı əsasən çürümüş taxta hissələr yeniləri ilə əvəzlənəcək. 3 ay vaxt aparacaq prosesdə 1000-dən artıq detal və rəngli şüşədən istifadə olunacaq. Şüşələr olduğu kimi yerinə taxılacaq. Hüseyn usta bərpadan sonra bu əsəri Parisdə təşkil olunacaq növbəti sərgidə nümayiş etdirmək istəyir. Bu yolla da Azərbaycanın, Şəkinin necə qədim mədəni irsə malik olduğunu xaricdə də təbliğ etmək və ölkəmizin mədəni dəyərlərinin tanıdılmasına çalışır.