Oğuzda ağır qəza...

11 2018 18:50

Oğuzda üç nəfərin ağır xəsarəti ilə nəticələnən yol qəzası baş verib. Hadisə bu gün rayonun Xaçmaz kəndində baş verib. 24 yaşlı İbrahimli Naib Nərman oğlu, idarə etdiyi 90 EU 884 dövlət nişanlı Mercedes 190 markalı avtomaşınla idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq kənarda yerləşən ağaca çırpılıb. Nəticədə sürücü və sərnişinlər Fərzəliyev Nəsib Ənvər oğlu, 25 yaş Xəlilzadə Təbriz Arzu oğlu, 23 yaş, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerlədiriliblər. Xəstələrə ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta ağır qiymətləndirilir. Hadisənin səbəbləri araşdırılır.