İsmayıllıda taxıl biçini yekunlaşıb...

11 2018 15:56

İsmayıllı rayonunda taxıl biçini uğurla başa çatıb. Bu ilin məhsulu üçün rayonda 28 835 hektar sahədə dənli və dənli-paxlalı bitkilər əkilib. Bundan 21650,5 hektarı buğda, 6954 hektarı isə arpa sahəsidir. Taxıl biçini 33 ərazi dairəsini əhatə edir. Rayonun əsas taxıl sahəsi isə rayonun aran zonasıdır. 4000 hektara yaxın əkin sahəsi vardır. Burada məhsuldarlıq 38 sentnerdən artıq olub. Hətta burada toxumçuluq təsərrüfatı da fəaliyyət göstərir. Zəmilərdə 110 kombayn işləyib. Taxıl zəmilərindən 100 min tondan artıq buğda və arpa məhsulu yığılıb. Məhsuldarlıq hər hektardan 35 sentner təşkil edib. Havaların taxıl biçini üçün əlverişli olması məhsulun itkisiz və optimal müddətdə yığılmasına münbit şərait yaradır. Biçin zamanı problemlərin operativ həll olunması üçün xüsusi qərərgah yaradılıb. Hər iş gününün sonunda görülən işlər müzakirə olunub, qarşıdakı iş gününə hazırlıq tədbirləri həyata keçirilib.