Aztəminatlı ailələrin övladları məktəbli forması ilə təmin edildi...

11 2018 15:42

İsmayıllıda aztəminatlı ailələrin uşaqlarına məktəbli formaları verilib. Hər il olduğu kimi bu il də bilik gününə bir neçə gün qalmış Heydər Əliyev fondu aztəminatlı ailələrin uşaqlarını məktəbli forması ilə təmin edib. Bu münasibətlə keçirilən tədbirdə valideynlər, şagirdlər və RİH-nin rəsmiləri iştirak ediblər. Rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova “Bilik günü” münasibətilə valideynləri və uşaqları təbrik edib. Onlara yeni dərs ilində uğurlar arzulayıb. Sonra isə məktəbli formaları şagirdlərə təqdim olunub. Valideynlər yetişən nəslə göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər.