Bazar yarmarkası yol kənarlarında satışı aradan qaldıracaq...

11 2018 15:23
Şamaxıda KTN təşəbbüsü və rayon icra hakimiyyətinin dəstəyi ilə Bakı-Şamaxı-Yevlax yolunun Mirikənd kəndinin ərazisində bazar yarmarkası təşkil edilib. Ərazidə yerləşən Mirikənd-Qaravəlli-Məlcək kənd sakinlərinin istifadəsinə verilən yarmarka ilə satıcıların yol kənarında məhsul satması da aradan qaldırılıb.
Yarmarkada satılan məhsullar digər bazarlara nisbətən 10-15 faiz ucuz qiymətə alıcılara təklif olunur. Yarmarkada meyvə-tərəvəzlə yanaşı, alıcılara ət məhsulları da təklif olunur. Heyvanların kəsimi üçün xüsusi yerlər ayrılıb və o yerlərdə xususi sanitar-gigiyenik qaydalara uyğun kəsimlər aparılır. Qeyd edək ki, magistral yol yaxınlığında yerləşən kəndlərdə bu cür yarmarkaların artırılması planlaşdırılır.