Xəstəxanada tibb işçiləri döyüldü...

11 2018 12:55
Şəki RMX-da iki tibb işçisi döyülüb. Xəstəxanada çəkilişə icazə verilməsə də, əldə etdiyimiz məlumata görə, hadisə nəticəsində tibb bacısı 48 yaşlı Yeganə Rəsulova qapalı kəllə beyin travması alıb və xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Xadimə 63 yaşlı Firəngiz Cəfərova isə qarın nahiyəsindən zərbə alıb. Vəziyyəti yüngül olduğundan evə buraxılıb. Hadisəyə səbəb reanimasiyada qardaşı yatan şəxsin içəriyə buraxılmaması olub. Tibb işçiləri reanimasiya şöbəsinə icazəsiz daxil olmağın qadağan olduğunu bildirsələr də, bu cavab onu qane etməyib. Və nəticədə hadisə yaşanıb. Faktla bağlı Şəki ŞRPŞ araşdırma aparır. Qeyd edək ki, hadisəni törədən şəxsin qardaşı- Vərəzət kənd sakini 30 yaşlı Elçin Mustafazadə qapalı kəllə beyin travması diaqnozu ilə reanimasiya şöbəsində müalicə olunur.