ASAN könüllüləri “Sərgüzəşti-vəziri-xani-Lənkəran”ı səhnələşdirdi...

07 2018 15:07

Qəbələ rayon Mədəniyyət Mərkəzində “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəri səhnələşdirilib. Qəbələ regional "ASAN xidmət" mərkəzi və ASAN Könüllüləri Təşkilatının dəstəyi ilə ərsəyə gələn tamaşada Qəbələ regional "ASAN xidmət" mərkəzinin könüllüləri rol alıblar. 12 nəfərin səhnə aldığı tamaşanı "ASAN xidmət" mərkəzinin, rayon administrasiyasının rəsmiləri və ictimaiyyət nümayəndələri izləyib. Tamaşa böyük maraqla qarşılanıb. Qeyd edək ki, bu, Qəbələ Regional Asan xidmət mərkəzinin təşkil etdiyi ikinci tamaşadır. Növbəti aylarda mərkəz daha bir maraqlı aksiya keçirməyi planlaşdırır.