Balakəndə təhsil işçiləri bir araya gəldi...

07 2018 14:44

Balakəndə yeni dərs ili ərəfəsində təhsil işçilərinin ənənəvi konfransı keçirilib. "2018-2019"-cu dərs ili müasir dövrün tələb və çağırışlarına uyğun inkişafyönümlü tədbirlər ilidir” başlığı altında keçirilən konfransda Təhsil Nazirliyinin nümayəndəsi, rayon rəhbərliyi və təhsil işçiləri iştirak edib. İştirakçılar rayon məktəblilərinin əl işlərindən və rəsmlərindən ibarət sərgiylə tanış olublar. Çıxış edənlər bildirib ki, rayon məktəblərində təhsilin keyfiyyətini artırmaq yönündə görülən işlərin nəticəsində 3 qiymətlə oxuyan şagirdlərin sayında xeyli azalma müşahidə edilir. Ötən tədris ilində bir nəfər şagird məktəbi qızıl medalla bitirib. 235 nəfər abutirent ali məktəblərə daxil olaraq tələb adını qazanıb ki,onlardan da 17 nəfəri 600-dən yuxarı bal toplayıb. Konfrans çərçivəsində həmçinin qarşıda duran vəzifələr, təhsilin təşkilinə nəzarət kimi məsələlər də geniş müzakirə edilib.