İsmayıllıda müəllimlərin ənənəvi təhsil konfransı keçirilib...

06 2018 16:22

İsmayıllıda müəllimlərin ənənəvi təhsil konfransı keçirilib. Rayon Təhsil Şöbəsinin təşkil etdiyi konfransda yeni tədris ilində müəllimlərin qarşıda duran vəzifələri müzakirə olunub. Konfransda Rayon administrasiyası, Təhsil Nazirliyinin və Təhsil şöbəsinin əməkdaşları, müəllimlər iştirak ediblər. Ötən ilin nəticələri vurğulanıb. 2017-2018-ci tədris ilinin 1 məzunu Qızıl, 1 məzunu Gümüş medal alıb. Ali məktəblərə qəbul olan 360 nəfərdən 38-i 600-700 bal arası nəticə göstəriblər. Natiq Beyhiyev adına 6 saylı tam orta məktəbin şagirdləri Vasif əsədov 700, Murad Ağazadə 695 bal toplayıb. Həmin məktəbin 11A sinifinin 25 şagirdindən 22-si ali məktəblərə daxil olub. Yeni təhsil ilində nəzərdə tutulan məsələlər müəllimlərin diqqətinə çatdırılıb, onlara işlərinə daha məsuliyyətlə yanaşmaları tövsiyyə edilib. Konfransın sonunda il ərzində respublika miqyaslı müsabiqələrdə iştirak edib uğur qazananlar təltif ediliblər.