İcra başçısı sakinlərlə görüşdü...

06 2018 16:01

Şəki şəhər icra hakimiyyəti başçısı İnçə kənd sakinləri ilə görüşüb. Elxan Usubov regionların sosial iqtisadi inkişafı çərçivəsində Şəkidə aparılan abadlıq-quruluculuq işlərindən danışıb. Daha sonra sakinlərinin müraciətləri dinlənilib. Kənd sakinləri əsasən yolla bağlı yaşadıqlartı problemi dilə gətiriblər. Həmçinin kənd orta məktəbinin istilik sisteminin yaxşılaşdırılması istəyiblər. İcra başçısı isə öz növbəsində sadalanan problemlərin aradan qaldırılması üçün aidiyyatı qurumlara tapşırıqlarını verib.