Zaqatalada ana öldü...

06 2018 15:50

Zaqatala rayonunda ana ölümü baş verib. Rayonun Uzunqazmalar kənd sakini, 24 yaşlı Karatova Sevgiya Eyyub qızı sentyabr ayının 5-i səhər saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasına doğum üçün müraciət edib. O, günorta saatlarında qeysəriyyə yolu ilə oğlan uşağı dünyaya gətirib. Əməliyyatdan sonra axşam saatlarında ailəsinə ananın ölməsi ilə bağlı məlumat verilib. Körpənin vəziyyəti isə normaldır. Axşam saatlarında vəziyyəti ağırlaşan ananın həyatını xilas etmək mümkün olmayıb. Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinin rəyindən sonra ölümün dəqiq səbəbi bilinəcək. Qeyd edək ki, Sevgiyə Karatovanın yaşyarımlıq oğlu da var. Faktla bağlı Zaqatala rayon prokurorluğu araşdırma aparır.