İsmayıllıda yeni sürüşmə sahəsi əmələ gəlib...

06 2018 15:40

İsmayıllı rayonunun Ərəgit, Müdrisə və Qoydan kəndində yeni sürüşmə sahələri əmələ gəlib. Sürüşməyə səbəb kimi atmosfer yağıntıları göstərilir. Sürüşmə sahəsi üzərində müşahidə olunan çatların parametrlərində artım qeydə alınıb, həmçinin yeraltı suların yer səthinə çıxışları müşahidə edilir. Eni 120-140 metr, uzunluğu 280-300 metr olan Ərəgit sürüşmə sahəsi yaşayış yerlərindən kənarda yerləşdiyi üçün təhlükəsiz hesab olunur. Qoydan kəndində isə eni 40-80, uzunluğu 150-170 metr olan sürüşmə sahəsinin dinamikası nisbi aktivləşib. Nəticədə yaşayiş evləri üçün təhlükə yaranıb. İsmayıllı rayon İcra hakimiyyəti və Fövqəladə hallar komissiyası qərargah yaradıb və ərazi nəzarətə götürülüb.